UEFA tamaşaçıları Çempionlar Liqasının oyunlarına buraxa bilər

UEFA tamaşaçıları Çempionlar Liqasının oyunlarına buraxa bilər

Azarkeşlər artıq UEFA Super Kuboku çərçivəsində Münhen "Bavariya"sı ilə İspaniyanın "Sevilya" klubu arasında matçda iştirak ediblər.

BAKI, 1 oktyabr — Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yerli hakimiyyət orqanlarından icazə aldığı təqdirdə tamaşaçıları Çempionlar Liqasının oyunlarına buraxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "" nəşri yayıb.

UEFA klublara dəymiş iqtisadi ziyana görə bu addımı atmağı planlaşdırır.

Xatırladaq ki, azarkeşlər artıq UEFA Super Kuboku çərçivəsində Münhen "Bavariya"sı ilə İspaniyanın "Sevilya" klubu arasında matçda iştirak ediblər. Görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilib.

 

Mənbə: sputnik.az