Millimizin üzvü komandasını məğlubiyyətdən xilas etdi – VİDEO

Millimizin üzvü komandasını məğlubiyyətdən xilas etdi –

Niderland birinci divizionunda 6-ci turun görüşləri baş tutub.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Yonq Ayaks”ın qonağı olub.

Matç 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Kökçü 90+2-ci dəqiqədə bərabərlik qolunu vurub.

Qeyd edək ki, "Eyndhoven" 10 xalla 20 kollektiv arasında 9-cu pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media