UEFA Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda - himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bu haqda UEFA İcraiyyə Komitəsinin son iclasında qərar çıxarılıb.
Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil olunur. Bu yığmaların dünya çempionatının püşkü artıq sentyabrın 15-də atılsa da, Rusiya turnirə buraxılacaq.
UEFA-nın bəyanatında bu qərar belə izah olunub:
"Uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır. Rusiyalı yeniyetmə futbolçular Rusiya ərazisində oyun keçirə və milli kimlik əlamətləri olan formalarda çıxış edə bilməyəcəklər".
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Mənbə: bizim.media