"Milan" İbrahimoviçin dublu ilə "İnter"ə qalib gəldi

"Milan" İbrahimoviçin dublu ilə "İnter"ə qalib gəldi

İtaliya A seriyasının 4-cü turunda "Milan" səfərdə "İnter"ə 2:1 hesabı ilə qalib gəlib.

"İnter" - "Milan" - 1:2
Qollar: İbrahimoviç, 13 (0:1), 16 (0:2), Lukaku, 29 (1:2)

Bununla da "Milan" 4 oyundan maksimum xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Atalanta" 9 xalla 2-ci, "Napoli" 8 xalla 3-cüdür.

 

Mənbə: qol.az