"Qarabağ"ın rəqibi La Liqanın lideri oldu

"Qarabağ"ın rəqibi La Liqanın lideri oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda 6-cı turda “Valensiya” ilə qarşılaşıb. Görüş “Vilyarreal”ın 2:1 hesablı qələbəsiylə başa çatıb. “Vilyarreal”ın qollarına Pako Alkaser və Dani Parexo imza atıb.

“Vilyarreal” hazırda 11 xalla liderdir.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Tel-Əviv, İsrail) ilə mübarizə aparacaq.

Mənbə: qol.az