Avropa Liqası: "Qarabağ" ən yaxşılar sırasında

Avropa Liqası: "Qarabağ" ən yaxşılar sırasında

Oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsinin 2020/2021 mövsümünə start veriləcək.

Fanat.Az xəbər verir ki, UEFA turnirlə bağlı bəzi statistik məlumatları açıqlayıb.

Bu mövsüm I qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Qarabağ" iştirak baxımından ən yaxşılar sırasındadır.

Qrup mərhələsinə ən çox qatılmış komandalar (Avropa Liqası adlandıqdan sonra)

"Latsio" (İtaliya), PAOK (Yunanıstan), PSV (Niderland), "Rapid", "Zaltsburq" (hər ikisi Avstriya), "Vilyarreal" (İspaniya) - 8 dəfə

AZ (Niderland), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), "Dinamo" (Kiyev, Ukrayna), "Styaua" (Rumıniya), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Standard" (Belçika), "Yanq Boyz" (İsveçrə) - 7 dəfə

"Anderlext", "Brügge" (hər ikisi Belçika), "Atletik" (İspaniya), "Beşiktaş" (Türkiyə), "Braqa" (Portuqaliya), "Partizan" (Serbiya), "Qarabağ" (AZƏRBAYCAN), "Rusenburq" (Norveç), "Tottenhem" (İngiltərə) - 6 dəfə

Qrup mərhələsində ən çox iştirak etmiş komandalar (UEFA Kuboku da daxil olmaqla)

AZ (Niderland) - 11 dəfə

"Vilyarreal" (İspaniya) - 10 dəfə

"Beşiktaş", "Braqa", "Brügge", "Dinamo" (Zaqreb, Xorvatiya), "Styaua", "Kopenhagen", "Latsio", PAOK, "Partizan", "Sevilya" (İspaniya), "Standard", "Tottenhem" - 9 dəfə

"Bazel" (İsveçrə), PSV, "Sparta", "Rapid", "Zaltsburq", "Sportinq" - 8 dəfə

Qrup mərhələsində ən çox xal toplamış komandalar (Avropa Liqası adlandıqdan sonra)

"Zaltsburq" - 101 xal

"Latsio" - 81 xal

"Sportinq", "Vilyarreal" - hər ikisi 75 xal

"Dinamo" (Kiyev), PSV - 74 xal

Qrup mərhələsində ən çox xal toplamış komandalar (UEFA Kuboku da daxil olmaqla)

"Zalsburq" - 101 xal

"Vilyarreal" - 93 xal

"Tottenhem" - 88 xal

Qrup mərhələsində ən çox qol vurmuş komandalar (Avropa Liqası adlandıqdan sonra)

"Zaltsburq" - 87 qol

"Vilyarreal" - 74 qol

"Latsio" - 73 qol

Qrup mərhələsində ən çox qol vurmuş komandalar (UEFA Kuboku da daxil olmaqla)

"Vilyarrea" - 89 qol

"Zaltsburq" - 87 qol

"Sevilya" - 85 qol

Qrup mərhələsini ən çox adlamış komandalar (Avropa Liqası adlandıqdan sonra)

"Vilyarreal" - 7 dəfə

"Latsio", "Zaltsburq" - 6 dəfə

"Anderlext", "Atletik", "Fənərbağça" (Türkiyə), "Sevilya" - 5 dəfə

Qrup mərhələsini ən çox lider kimi başa vurmuş komanda (Avropa Liqası adlandıqdan sonra)

"Zaltsburq" - 5 dəfə

Qrup mərhələsində qeydə alınmış ən böyükhesablı qələbələr

"Standard" - "Atletik" - 1:7 (2004/2005 mövsümü)

"Bavariya" (Almaniya) - "Aris" (Yunanıstan) - 6:0 (2007/2008)

"Styaua" - "Olborq" (Danimarka) 6:0 (2014/2015)

"Vardar" (Makedoniya) - "Real Sosyedad" (İspaniya) - 0:6 (2017/2018)

"Arsenal" (İngiltərə) - BATE (Belarus) - 6:0 (2017/2018)

"Sevilya" - "Akhisar" (Türkiyə) - 6:0 (2018/2019)

AZ - "Astana" (Qazaxıstan) - 6:0 (2019/2020)

"Espanyol" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 6:0 (2019/2020)

Qrup mərhələsində ən çox qol vurmuş futbolçular (Avropa Liqası adlandıqdan sonra)

Arits Aduris - 18 qol

Munas Dabbur, Giyom Oaro, Raul Rusesku - 14 qol

Edinson Kavani, Aleksandr Kokorin, Dris Mertens - 12 qol

Qrup mərhələsində ən çox qol vurmuş futbolçular (UEFA Kuboku da daxil olmaqlar)

Arits Aduris - 18 qol

Cermeyn Defo - 15 qol

Munas Dabbur, Giyom Oaro, Raul Rusesku, Dimitris Salpingidis, Vaqner Lav - 14 qol

Bir oyunda ən çox qol vurmuş futbolçu

Arits Aduris ("Atletik" - "Genk" oyunu, 2016/2017 mövsümü) - 5 qol

Qeyd edək ki, "Qarabağ" qrupda ilk oyununu oktyabrın 22-də İsrailin paytaxtı Tel-Əvivdə "Makkabi"yə qarşı keçirəcək. "Blumfild" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report.az)

 

Fanat.Az

Mənbə: fanat.az