Kulibali Premyer Liqa nəhənginin hədəfində

Kulibali Premyer Liqa nəhənginin hədəfində

"Mançester Siti" klubu "Napoli"nin müdafiəçisini heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, transfer pəncərəsi açılan kimi İngiltərə təmsilçisi Kalidu Kulibalini transfer etmək üçün danışıqlara başlayacaq. "Napoli" klubu 29 yaşlı futbolçunun satış qiymətini 80 milyon avro məbləğində saxladığından, "şəhərlilər" təklif etdikləri məbləği qaldırmalı olacaq (60 milyon avro).

"Liverpul" və "Mançester Yunayted"lə də adı hallanan Kulibalinin İtaliya nəhəngi ilə müqaviləsi daha üç il davam edəcək.

Mənbə: offsideplus.az