Azərbaycan çempionunun avrokubokdakı rəqibi bəlli olub

Qadın həndbolçular arasında Avropa kubokunun 3-cü raundunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanadakı tədbirdə Azərbaycan çempionu “Azəryol”un avrokuboklardakı ilk rəqibi bəlli olub.

Əvvəlki mərhələdən azad olan Bakı klubu 1/16 finaldan yarışa qatılacaq. Təmsilçimiz Serbiyanın “Niş” klubu ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk görüşləri noyabrın 14-15-də, cavab matçları 21-22-də təşkil olunacaq. “Azəryol” ilk qarşılaşmanı səfərdə keçirməlidir. Lakin tərəflərin qarşılıqlı razılaşma ilə hər iki oyunu eyni şəhərdə keçirməsi də istisna deyil.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İsveçrəli səfir Dövlət Komitəsində oldu

SONRAKI XƏBƏR

Avropa Liqası: "Azəryol" Serbiyanın "ZRK Naisa Nis" komandası ilə üz-üzə gələcək