Suaresdən hər 54 dəqiqədə 1 qol ötürməsi

Suaresdən hər 54 dəqiqədə 1 qol ötürməsi

“Atletiko”nun futbolçusu Luis Suares “Barselona”dan Madrid təmsilçisinə keçdikdən sonra uğurlu nəticə göstərməyə davam edir.

Qol.az AS-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu çıxdığı 3 matçda 1 qol vurub və 4 qolun ötürməsini verib. Meydanda ümumilikdə 216 dəqiqə keçirən uruqvaylı oyunçu ortalama hər 54 dəqiqədə 1 qolun vurulmasında iştirak edib.

Bundan əlavə Suares Uruqvay millisində 2 matçda iştirak edib və 3 qol vurub (hamısı penaltidən).

Qeyd edək ki, “Atletiko” Suareslə ötən ay 2 illik müqavilə imzalayıb. O, ötən mövsüm La Liqada 36 oyunda 21 qol vurub və 10 qolu ötürməsini verib.

Mənbə: qol.az