"Keşlə"nin legionerindən Ordumuza dəstək

"Keşlə"nin legionerindən Ordumuza dəstək

"Keşlə" klubunun futbolçusu Sezar Meza Kolli cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək verib.

Paraqvaylı yarımmüdafiəçi "

Report"a açıqlamasında Dağlıq Qarabağın ölkəmizin tarixi ərazisi olduğunu bildirib.

3-cü dəfə Bakı klubuna qayıdan 29 yaşlı pleymeyker ermənilərin Gəncə terrorunu pisləyib: "Mən yaxşı bilirəm ki, Azərbaycanın torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Eyni zamanda Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından xəbərim var. Onlar torpaqların işğaldan azad olunması üçün qəhrəmanlıq göstərirlər. Ermənistanın təxribatına son qoyulmalıdır. Qarabağ Azərbaycandır!".

 

Fanat.Az

Mənbə: fanat.az