"Türklə döyüşə ..." - ERMƏNİ BOKSÇUDAN HÜSEYNİN ÜNVANINA QICIQ DOĞURAN SÖZLƏR

"Türklə döyüşə ..." - ERMƏNİ BOKSÇUDAN HÜSEYNİN ÜNVANINA QICIQ DOĞURAN SÖZLƏR

Oktyabrın 31-də erməni və türk idmançıların döyüşü baş tutacaq.

Boks üzrə orta ağır şəkidə yarışan erməni Leon Hartın rəqibi türk qardaşımız Hüseyn Çinkara olacaq.

Offsideplus.az xəbər verir ki, Almaniyada yaşayan, İBO Continental,WBC Asia kəmərlərinin sahibi olan Leon çətin döyüşdən əvvəl sport.am saytına açıqlama verib.

Təcrübəli boksçunun müharibə ilə bağlı dediklərini oxuduqdan sonra düşmən ölkədəki vəziyyəti təsəvvür etmək çətin deyil: "Mənim kimi çoxları Ermənistandan kənarda yaşayır. Lakin bu, müharibənin bizə təsir etməməsi anlamına gələ bilməz. Müharibədə yaşananlar hamımız üçün dəhşətdir. Ermənistanda ordusuna və Artsaxa pul göndərməklə dəstək olmağa çalışırıq. Aksiyalarda fəal iştirak edirəm. Səsimizi dünyaya çatdırmaqdır əsas niyyətimiz. Bir neçə gün əvvəl Avropa İttifaqının Brüsseldəki binasının qarşısında toplaşmışdıq. Hamı görür və eşidir, lakin bu gün müharibə heç kimə maraqlı deyil. Ona görə də susurlar".

Boksçu türk qardaşımızla döyüşdən əvvəl qarşı tərəfə hədə dolu mesaj göndərib: "Oktyabrın 31-i türklə duelə çıxacam. İndi bu döyüşə təmamilə başqa fikir, hədəf vəzifə və yanaşıram. Duyğusal insanam, bu döyüşdən əvvəl fərqli əhval-ruhiyyəm var. Çünki xalqım, vətənim, əsgərlərim üçün mübarizə aparacam. Hər fürsətdən istifadə etməliyəm ki, ermənilərin, Ermənistanın və Artsaxın səsi ən yüksək səviyyədə eşidilsin. Oyunu Türkiyə kanalı olan DMAX TV canlı yayınlayacaq. Və mən, Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı hərbi əməliyyatlar haqda danışmaq imkanını qəti şəkildə əldən verməyəcəm".

Mənbə: offsideplus.az