“Sabah”ın oyununun məkanı dəyişdirildi

“Sabah”ın oyununun məkanı dəyişdirildi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun “Sabah-2” – “Zaqatala” görüşünün keçiriləcəyi stadion “Bank Respublika Arena”nın ehtiyat meydançasında aparılan qısa müddətli işlərlə bağlı dəyişdirilib. Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 22-də, saat 15:00-da start götürəcək qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.

Mənbə: offsideplus.az