Bundesliqa klubunda uzunmüddətli müqavilə

Bundesliqa klubunda uzunmüddətli müqavilə

Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Maksimilian Bayerin müqaviləsinin müddətini artırıb. Offsideplus.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Qeyd edək ki, “Hoffenhaym”ın yetirməsi olan Bayer bu yay əsas komandaya cəlb olunub və 4 oyunda forma geyinmək imkanı qazanıb.

Mənbə: offsideplus.az