Niderland Avropa Liqasında çıxış edən klubunda 8 futbolçuda koronavirus çıxıb

Niderlandın AZ komandası UEFA Avropa Liqasının F qrupunda ilk turun İtaliya "Napoli"si ilə oyunu öncəsi problemlə üzləşib.

Məlumata görə, futbolçular arasında koronavirusa kütləvi yoluxma faktı aşkarlanıb.

8 oyunçunun analizinin nəticəsi müsbət çıxıb. Onların adları açıqlanmayıb. Erediviziya təmsilçisi məsələ ilə bağlı yerli federasiya və qitə futbol qurumunu məlumatlandırıb.

Daha əvvəl klubun 9 əməkdaşında infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Napoli" - AZ oyunu oktyabrın 22-də keçiriləcək/Report.

Mia.az

ƏVVƏLKİ XƏBƏR

“Ordumuzun uğurları düşmən üçün həm də psixoloji zərbədir”

SONRAKI XƏBƏR

Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı...