Ançelotti ukraynalı futbolçunu "Everton"da görmək istəyir

Ançelotti ukraynalı futbolçunu "Everton"da görmək istəyir

Son vaxtlar Ukrayna futbolunun inkişafda olması aparıcı Avropa klublarının bu ölkədən olan futbolçulara marağın artmasına səbəb olub.

Xüsusən də yığmanın heytində parlaq oyunuyla diqqət çəkən Kiyev "Dinamo"sunun üzvləri ön plandadır.

Offsideplus.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi Mirça Luçesku bu mövzuda La Gazzetta dello Sport nəşrinə danışıb. Rumın mütəxəssis sərəncamındakı futbolçulardan söz açıb: "Supryaqa ən yaxşı mərkəz hücumçularından biri ola bilər. Bu gün ona təcrübə toplamaq lazımdır. Lakin bacarıqlı futbolçum tək o deyil. Müdafiədə zabarnının xidmətindən istifadə edirəm, sağ cinahda Mikolenko var - hər ikisi yaxşı futbolçulardır. 23 yaşlı Çiqankov - mənim üçün Ukrayna futbolunun ən yaxşı talantıdır. Fiziki problemləri var idi, indi düzəlib. Hətta Ançelotti onu "Everton" üçün maraqlanmışdı".

Mənbə: offsideplus.az