"Milan"da Hakan Çalkanoğlu şoku

"Milan"da Hakan Çalkanoğlu şoku

İtaliya A Seriyası klubu "Milan"da Hakan Çalkanoğlu şoku yaşanır. Komanda ilə birgə təlim-məşq toplanışına qoşulan türkiyə millisinin üzvü qoltuq ağacı ilə ayrılmağa məcbur olub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu səhər baş tutan məşqlərdə sol ayaq biləyini zədələyib. İlk yoxlanışlarda ayağının burxulduğu aşkarlanan Çalkanoğlu məşqləri qoltuq ağacı ilə tərk etməyə məcbur olub.

Bu səbəbdən ulduz futbolçu oktyabrın 22-də saat 21:55-də baş tutacaq "Seltik" - "Milan" matçını buraxacaq.

Türkiyəli futbolçu "Milan" formasında bu mövsüm 7 matça çıxaraq 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mənbə: offsideplus.az