"Neftçi"nin baş məşqçisi Antonla bağlı qərarının səbəbini dedi

"Neftçi"nin baş məşqçisi Antonla bağlı qərarının səbəbini dedi

"Neftçi"nin və millinin üzvü Anton Krivotsyukun əvəzedici komandaya göndəriildiyini diqqətinizə çatdırmışdıq.

Əslən ukraynalı futbolçunun son 2 oyunda "Neftçi"nin yox, "Neftçi-2"nin formasında meydana çıxması belə düşünməyə əsas verirdi. Təxminimin özündənrazı və ərköyün müdafiəçinin son zamanlar sərgilədiyi oyunun baş məşqçi Füzuli Məmmədovu qane etməməsiydi.

Amma yox. Krivotsyuk daxili intizam qaydalarını pozduğuna görə baş məşqçinin sərt üzünü görməli olub. Offsideplus.az Füzuli bəyin məsələ ilə bağlı saytımıza verdiyi açıqlamanı təqdim edir: "Antonun əvəzedici komandaya göndərilməsinin oyunla bağlı əlaqəsi yoxdur. Pis oynayıb, yaxud oyunda səhvlərə yol verib - bunlar futbolda olan şeylərdir. Sadəcə, "Qəbələ"ylə görüşdən sonra məşqdə daxili intizam qaydalarını pozmuşdu. Belədə, əvəzedici komandaya göndərilməsi məqsədəuyğun sayıldı".

Mənbə: offsideplus.az