"Real Madrid"in kapitanı Çempionlar Liqasındakı ilk oyunu buraxacaq

"Real Madrid"in kapitanı Çempionlar Liqasındakı ilk oyunu buraxacaq

İspaniyanın "Real Madrid" komandasının kapitanı Serxio Ramos UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda iştirak etməyəcək.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Ukrayna "Şaxtyor"u ilə matçı buraxacaq.

Təcrübəli oyunçu La Liqanın VI turunda evdə "Kadis"ə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnib.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Real Madrid" - "Şaxtyor" qarşılaşması Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

 

 

Mənbə: cebhe.info