"Barselona" 4 futbolçusu ilə danışıqlar aparır

"Barselona" 4 futbolçusu ilə danışıqlar aparır

"Barselona" 4 futbolçusu ilə maaşlarının azaldılması şərti ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Antuan Qrizmann, Serj Roberto, Serxi Buskets və Filipp Koutinyo ilə yeni müqavilənin detallarını müzakirə edir.

Qeyd edək ki, "Barselona" daha əvvəl Mark-Andre ter Ştegen, Frenki de Yonq, Jerar Pike və Kleman Lanqle ilə müqavilənin müddətini uzadıb.

Mənbə: qol.az