"Real" niyə Santiyaqo Bernabeuda oynamır?

"Real" niyə Santiyaqo Bernabeuda oynamır?

Bu gün saat 22:45-də baş tutan Çempionlar Liqası matçında "Real Madrid" "Şaxtyor"u Santiyaqo Bernabeuda qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, buna səbəb 1947-ci ildən bəri "Real"ın ev oyunlarını keçirdiyi Santiyaqo Bernabeu stadionunda geniş təmir işlərinin aparılmasıdır.

Florentino Perez bu yay İyun ayında stadionun təmirinin başladılması ilə bağlı qərar vermişdi. Bu, 2022-ci ilə planlansa da, koronavirus pandemiyası səbəbindən stadionun təmiri tezləşdirilib.

Qeyd edək ki, Kral klubu hazırda ev oyunlarını Alfredo Di Stefano stadionunda keçirir.

Mənbə: offsideplus.az