"Real Madrid" evdə uduzdu, "Lokomotiv" səfərdə heç-heçə etdi

UEFA Çempionlar Liqasında ilk turun növbəti iki oyunu keçirilib.

"Report"un məlumatına görə, "Real Madrid" komandası İspaniyada Ukrayna "Şaxtyor"u ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Hələ ilk hissədə qapısında 3 qol görən "kral klubu" fasilədən sonra bunların 2-nin əvəzini çıxmağı bacarıb.

Rusiya "Lokomotiv"i isə Avstriyada "Zaltsburq"la matçda 2:2 hesablı heç-heçəyə nail olub.

Qeyd edək ki, gecənin daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğlunun müavini Moskvaya gedir – SƏBƏB

SONRAKI XƏBƏR

Nurlan Novruzov 76 dəqiqə oynadı