Nurlan Novruzov 76 dəqiqə oynadı

Estoniya çemponatında 24-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Real Madrid" evdə uduzdu, "Lokomotiv" səfərdə heç-heçə etdi

SONRAKI XƏBƏR

Ermənistanın yalvarışları heç bir nəticə vermir - “Qarabağın tanınması Rusiya və AB üçün çox zərərlidir”