"Qarabağ" - "Vilyarreal" matçı İstanbulda oynanılacaq

"Qarabağ" - "Vilyarreal" matçı İstanbulda oynanılacaq

Avropa Liqasının "Qarabağ" - "Villarreal" oyununun yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II tur matçı Türkiyədə keçiriləcək.
İ qrupunun oktyabrın 29-da baş tutacaq görüşünə İstanbul ev sahibliyi edəcək. Matç "Başakşəhər Fatih Terim" stadinda keçiriləcək.

Mənbə: apa.az