Olimpiadanın erməni qalibi: "Sülh olsun!"

Olimpiadanın erməni qalibi: "Sülh olsun!"

Ermənilər təxribatçı və işğalçı tərəf olduğunu heç bir vəchlə etiraf etmək istəmir.

Ölkənin üzdə olan siyasət adamları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən idmançıları mətbuata verdiyi hər açıqlamada Azərbaycanı işğalçı tərəf kimi göstərməkdədir.

Offsideplus.az xəbər verir ki, bu dəfə Tiqran Petrosyan dilə gəlib. Şahmat Olipmpiadasının ikiqat qalibi Ermənistan Şahmat Federasiyasının rəsmi saytı olan chessfed.am saytına açıqlamasında ağzına gələni danışıb: "Bu məsələdə aranı qızışdıran tərəf Azərbaycandır. Bu bir faktdır. Onlar böyük qüvvə ilə hücuma keçməyi əvvəldən planlaşdırmışdılar. Biz qalib tərəfik, müharibəyə başlamağımız ağılsızlıq olardı.Heç bir üçüncü ölkə gəlib bizim problemimizi həll etməyəcək. Müharibənin başlamasında və hərbi əməliyyatlarda iştirakında Türkiyənin rolunu danmaq olmaz. Onlar Azərbaycana kömək edir, həmçinin İsrail. Azərbaycan Ordusu yaşayış məntəqələrini atəşə tutur. Dinc əhali arasında itkilər var. Bu dəqiqə ancaq müsbət düşünmək və kilsəyə getmək lazımdır. Bütün gözləntilərimiz həyata keçsin. Sülh olsun!"

Petrosyanın dedikləri alçaqların xislətini növbəti dəfə çılpaqlığı ilə ortaya qoyur. Özlərini dünyaya işğalçı yox, təzyiqə məruz qalan ölkə kimi göstərməyə çalışan dığalar tanınmış simalarını işə salmağı çıxış yolu görməkdədirlər.

Mənbə: offsideplus.az