Fateh Terimin yeni transfer hədəfi bəlli oldu

Fateh Terimin yeni transfer hədəfi bəlli oldu

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fateh Terim yeni transfer istəklərini bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli baş məşqçi Spor Toto I liqası komandalarından olan Ümraniyəsporun futbolçusu Muhammər Denizhan Taşkanı transfer siyahısına daxil edib.

20 yaşlı sağ cinah hücumçusu bu il komandası ilə birlikdə 4 oyuna çıxıb.

Mənbə: offsideplus.az