Azərbaycanlı funksioner Rusiya Tələbə İdman Birliyinə üzv seçilib

Azərbaycanlı funksioner Rusiya Tələbə İdman Birliyinə üzv seçilib

Rusiya Tələbə İdman Birliyinin (RSSU) İcraiyyə Komitəsinin iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev RSSU-ya üzv seçilib.

Bununla bağlı təəssüratlarını bölüşən azərbaycanlı funksioner bildirib ki, dövlət proqramının icrası çərçivəsində tələbə idmanının inkişafı Mini-Futbol Assosiasiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biridir: "Mini futbol universitetlərdə" layihəsi peşəkar klublarımızda gənclər arasında idmanın populyarlaşdırılmasında və bunun üçün ehtiyatın hazırlanmasında ən vacib əlaqə olaraq qalır".

İclasda həmçinin Rusiya Tələbə İdman Birliyinin hazırkı rəhbəri Sergey Seyranov növbəti dəfə quruma prezident seçilib. //Report

 

Mənbə: redaktor.az