Əfsanəvi braziliyalı futbolçu Pelenin 80 yaşı tamam olur

Əfsanəvi braziliyalı futbolçu Pelenin 80 yaşı tamam olur

23 oktyabrda hər kəsin “Pele” ləqəbi ilə tanıdığı əfsanəvi braziliyalı futbolçu Edson Arantis do Nascimento 80 yaşına girib.

KONKRET.az xəbər verir ki, idman karyerasını o, 1977-ci ildə başa vurub, lakin Yer üzündəki ən məşhur insanlardan biri olaraq qalır.

Pele tarixdə üç dəfə (1958, 1962 və 1970) dünya çempionu olan yeganə futbolçudur. Ən çox vurulan qol rekordu (Santos və Nyu-York Kosmos və Braziliya millisinin heyətindəki 1363 oyunda 1281 qol) heç kim tərəfindən yenilməyib.

FIFA onu ən böyük futbolçu, IOC (Beynəlxalq Olinpiya Komitəsi) isə 20-ci əsrin ən böyük idmançısı kimi tanıyıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az