Hakimi koronavirusdan sağaldı

Hakimi koronavirusdan sağaldı

"İnter"in futbolçusu Aşraf Hakimi koronavirusdan sağalıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin koronavirus testi mənfi çıxıb. Onun tezliklə klubun düşərgəsinə qayıdacağı və Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Şaxtyor"a qarşı oynayacağı bildirilib.

Qeyd edək ki, Hakimi ÇL-də Münhenqladbax "Borussiya"sı ilə oyundan (2:2) əvvəl koronavirus aşkarlanmışdı.

Mənbə: qol.az