"Kənddə xoruz da banlayanda hamı onu eşidir" - ÜNLÜ İDMANÇININ ƏMİSİ

"Kənddə xoruz da banlayanda hamı onu eşidir" - ÜNLÜ İDMANÇININ ƏMİSİ

UFC-nın mütləq çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov hazırda gündəm adamıdır.

Titullu idmançının oktyabrın 24-dən 25-nə keçən gecə Abdu-Dabidə amerikalı Castin Getji ilə döyüşəcəyindən xəbərdarsız. Bu dəfə səbəbkarlar yox Həbibin əmisi Nurməhəmməd Nurməhəmmədov qardaşı oğlundan danışıb.

Offsideplus.az TASS-a istinadla xəbər verir ki, əmi Nurməhəmmədov Konor Makreqorun səs-küyünü xoruzun banlamasına bənzədib: "Konor hər dəfə Həbibin adını hallandırmaqla diqqətləri üzərinə çəkmək niyyəti güdür. Kənddə xoruz da banlayanda hamı onu eşidir. Amma önəm verən olmur. Konorun revanş istəyinə gəlincə, maliyyə tərəfdən düşünəndə, Həbibin pulu kifayət qədərdir. Yox, söhbət məşhurlaşmaqdan gedirsə, inanmıram ki, Makreqorla növbəti döyüş Həbibə nəsə qazandırsın. Həbib və bizim üçün Konor mövzusu xüsusi bir şey deyil. Dediyim kimi, Həbibin kifayət qədər pulu var. O buna reklam gəlirləri hesabına nail olub. Konorun Donald Serroneni məğlub etməsi xüsusi hal deyildi. Donald az qala mənimlə həmyaşıddır".

 

Mənbə: offsideplus.az