Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu Fransa klubunun türk legioneridir

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu Fransa klubunun türk legioneridir

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

SİA xəbər verir ki, UEFA-nın saytında azarkeşlər səsvermənin nəticəsinə əsasən, "Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı birinci olub. Türk oyunçu səsvermədə Darvin Nunes (“Benfika), Keleçi İhinaço ("Lester") və Takfusa Kubonu ("Vilyarreal") qabaqlayıb.

Qeyd edək ki, Y.Yazıcı "Sparta"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

 

 

Mənbə: sia.az