Əmrə Can koronavirusa yoluxdu

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirus infeksiyasına yoluxub.

Axeber.az xəbər verir ki, bu barədə Bundesliqa klubu məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, testi pozitiv çıxan Almaniya millisinin üzvü evində təcrid vəziyyətindədir. Digər futblçularda və məşqçi heyətində yoluxma aşkarlanmayıb. Türkiyə əsilli oyunçudan əvvəl isveçrəli müdafiəçi Manuel Akanjidə virus aşkarlanmışdı.
Qeyd edək ki, “Borussiya” oktyabrın 24-də Bundesliqanın V turu çərçivəsində “Şalke”ni qəbul edəcək.

Axeber.az

ƏVVƏLKİ XƏBƏR

İspaniya sahillərində üzən otel

SONRAKI XƏBƏR

Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”