Cüdoçumuz qızıl medal qazanıb əsgər salamı verdi

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Cüdo Federasiyasından Cebhe.info-ta daxil olan məlumatda bildirilir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. Rüstəm qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə Rüstəm Orucov Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Qeyd edək ki, bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar. Xatırladaq ki, turnirin ilk günü Orxan Səfərov millimizə bürünc medal qazandırıb. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.

Naibə
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı

SONRAKI XƏBƏR

Ali Baş Komandandan dünyaya mesaj-Qələbə günü yaxındadır-RAKURS