Robert Levandovski Bundesliqanın tarixinə düşüb

“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.
İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna V turun “Ayntraxt”la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç nəfər daha çox het-trik edib.
Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində 12 het-trik var ki, Robertin onlara çatması üçün çox gözləmək lazım gəlməyəcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya ilə bağlı vəziyyət - VİDEO

SONRAKI XƏBƏR

“Sepah” generalı:"Qonşu ölkələrin sərhədində dəyişiklik qırmızı xəttimizdir"