Üçüncü dəfə də müsbət çıxdı - "Barselona"ya qarşı ancaq bu halda oynaya bilər

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo üçüncü dəfə koronavirus testindən keçib.

Offsideplus.az xəbər verir ki, futbolçunun testinin bu dəfə də müsbət çıxıb.Klubdan verilən açıqlamaya əsasən futbolçu fərdi olaraq ÇL-də gələn həftə "Barselona" ilə keçiriləcək oyun üçün məşqlərə davam edir.Ronaldo testin nəticəsinin müsbət çıxmasına baxmayaraq özünü yaxşı hiss etdiyini bildirib.

Lakin qaydaya uyğun olaraq, Ronaldonun matçdan bir gün əvvəl götürüləcək testin nəticəsi mənfi olduğu halda "Barselona" ilə matçda çıxış edə bilər.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Mehdiyev də Budapeştdə medalçılar sırasına qoşulub

SONRAKI XƏBƏR

Ermənistan ordusunun əsl üzünü açan bir FOTO