Mehdiyev də Budapeştdə medalçılar sırasına qoşulub

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın son günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal qazanıb.


-90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib.


Qeyd edək ki, yarışın 3-cü günü Budapeştdə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə uduzaraq medalsız qalıblar.


Xatırladaq ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışın əvvəlki günlərində milli komandamızdan Rüstəm Orucov (-73 kq) qızıl, Orxan Səfərov (-66 kq) bürünc medal qazanıblar.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Tramp Dağlıq Qarabağdan danışdı: "Azərbaycan və Ermənistan arasında sülhü asanlıqla təmin edəcəyəm"

SONRAKI XƏBƏR

Üçüncü dəfə də müsbət çıxdı - "Barselona"ya qarşı ancaq bu halda oynaya bilər