“Lion” “Monako”ya böyük hesabla qalib gəlib

“Lion” “Monako”ya böyük hesabla qalib gəlib

Fransa Liqa1-də VIII turun qalan oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, günün baş tutmalı olan 7 matçından 6-sı keçirilib.

Bu tura qədər məğlubiyyət üzü görməyən “Lill” çətin Nitsa səfərində eyniadlı komanda ilə qarşılaşıb. 10 dəqiqə ərzində vurulan qarşılıqlı qollar komandalara 1 xal qazandırıb. Burak Yılmazın vurduğu top “Lill”i məğlubiyyətdən qurtarıb.

Mövsümə qeyri-stabil başlanğıc edən və turnir cədvəlində qonşu olan “Lion”la “Monako” isə birincilərin meydanında üz-üzə gəlib. Bu matçda “Lion” rəqibi üzərində asan qələbə qazanıb.

Qeyd edək ki, Liqa1-də IX tura oktyabrın 30-da start veriləcək.

Fransa Liqa1
VII tur
25 oktyabr
“Lans” – “Nant” oyunu təxirə salınıb.
“Bordo” – “Nim” – 2:0
Briand, 80 (pen.), Oudin, 82
“Brest” – “Strasbur” – 0:3
Diallo, 27, Lala, 40, Ayorke, 67
“Mets” – “Sent-Etyenn” – 2:0
Bulaya, 5, Sissoko, 78 (avtoqol)
“Monpelye” – “Reyms” – 0:4
Dia, 9 (pen.), 13, 56 (pen.), Mbuku, 31
“Nitsa” – “Lill” – 1:1
Dolberq, 50 – Burak Yılmaz, 58
“Lion” – “Monako” – 4:1
Depay, 12, Ekambi, 34, 44, Auar, 41 (pen.) – Ben Yedder, 47 (pen.)

Mənbə: teref.az