Azərbaycan Premyer Liqasında liderlərin oyununun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında liderlərin oyununun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turunun görüşləri 2 günü əhatə edəcək.

Mərkəzi qarşılaşmada ilk iki pillədə yer alan “Sumqayıt”la “Neftçi” üz-üzə gələcək. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr (şənbə)
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 14:00
1 noyabr (bazar)
“Qarabağ” – “Keşlə”
“Azersun Arena”, 16:00
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 14:00

Mənbə: apa.az