“Tottenhem”də stabillik çatışmır” - Mourinyo

“Tottenhem”də stabillik çatışmır” - Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo sabiq klubu “Real”la London təmsilçisini müqayisə edib.

Qol.az “Sky sport”a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Premyer Liqa klubunda sabitliyin çatışmadığını deyib:

“Real”ın hücum xəttində heyrətamiz oyunçular var idi. Komandanı müəyyən şəkildə formalaşdırmağı bacardıq. Düzü, indi “Tottenhem”də yaxşı hücum oyunçularımız çoxdur. Amma stabillik çatışmır. Çünki müdafiədə də yaxşı oynamalıyıq. Bu tarazlığı tapmaq lazımdır”.

Qeyd edək ki, J.Mourinyo 2010-2013-cü illərdə Madrid təmsilçisinə baş məşqçilik edib. Portuqaliyalı çalışdırıcı ötən ildən İngiltərə klubunda işləyir.

Mənbə: qol.az