Türkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi bayrağımız səmada dalğalandı

Türkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi bayrağımız səmada dalğalandı

İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir. Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub üzvlərinin həftəsonu keçirilən yarışları Azərbaycana həsr olunub.

Pilotlar Azərbaycan bayrağını dalğalandırıblar. Pilot Avnİ Uzun deyib ki, bu dəfəki tədbir digərlərindən fərqlənir. Belə ki, Azərbaycana dəstək olduqlarını ifadə etmək üçün Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmaq qərarına gəliblər: “Bununla Azərbaycandakı qardaşlarımıza dəstək olmağımızı çatdırmaq istəyirik. Bütün qəlbimizlə onlara dua edirik”.

Klubun rəhbəri Beçhan Esen isə deyib ki, idman klubu olaraq Azərbaycanın yanındadırlar. Türkiyənin milli futbol komandasının, həmçinin “Qalatasaray” klubunun keçmiş hücumçusu Ümid Karan da Azərbaycana dəstək mesajı göndərib. 44 yaşlı idmançı bildirib ki, Türkiyə bir dağ kimi Azərbaycanın arxasındadır.

 

Mənbə: virtualaz.org