Millimizin futbolçusu İspaniyada qayçıvarı qol vurdu - VİDEO

Millimizin futbolçusu İspaniyada qayçıvarı qol vurdu - VİDEO

Millimizin futbolçusu Eddi İsrafilov İspaniya I divizionunun VIII turunda “Albasete” komandasının qələbə qazanmasında əsas pay sahiblərindən olub.

İsrafilovun formasını geyindiyi kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1.

Start heyətdə meydana çıxan Eddi İsrafilov 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Onun qayçıvarı qolu möhtəşəm alınıb. Rəqib yalnız 80-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilsə də, bundan artığına nail ola bilməyib.

Qeyd edək ki, “Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədədir.

Mənbə: www.oxu.az