Bakıya səfər etmiş Formula-1 pilotu ermənilərə pul göndərdi

Bakıya səfər etmiş Formula-1 pilotu ermənilərə pul göndərdi

Oktyabrın 25-də Portuqaliya Qran-Prisində üçüncü pilləni tutan Formula-1 pilotu Maks Ferstappen ermənilərə yardım edib.

Offsideplus.az sport.news.am saytına istinadən xəbər verir ki, ıhollandiyalı pilot Erməminstanın Hərbi İanə Fonduna 100 dolar köçürüb. Atdığı addımı isə bu cür əsasıandırıb: "Ermənistana ianə etməsəydim, üçüncülüyün sevincini doyunca yaşaya bilməzdim. Erməni əsgərlər hər güc vətən uğrunda canlarından keçirlər".

Maks Ferstappen ad-soyadında erməni çalarları olmadığı üçün internet qaynaqlarında bu adamı yaxından tanımaq üçün kiçik "gəzişmə" etdik. Məlum oldu ki, Maks 1997-ci ildə Belçikanın Hasselt şəhərində dünyaya gəlib. Lakin Hollandiya vətəndaşlığını daşıyır. Atası Yos Ferstappen də Formula-1 pilotu olub. Anası Sofi Kyupmen isə kartinqlə məşğul olub. Bir sözlə adamın Ermənistanla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Maraqlı fakt isə Ferstappenin 2017-ci ildə Bakıya səfər etməsi və diqqətçəkən hadisə ilə yadda qalmasıydı. Xatırladaq ki, "Red Bull Reysinq" komandasının pilotu həmin il Azərbaycan Qran-Prisinin iştirakçılarından olub. Yürüşün ilk günündəcə bolidini maneəyə çırpan hollandiyalı gündəm adamına çevrilmişdi.

Mənbə: offsideplus.az