"Qızıl top"u dünya kuboku ilə dəyişərdim" - Modriç

"Qızıl top"u dünya kuboku ilə dəyişərdim" -  Modriç

“Real”ın futbolçusu Luka Modriç 2018-ci ildə qazandığı “Qızıl top” mükafatından danışıb.

Qol.az “Four Four Two”ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həmin vaxt sabiq komanda yoldaşı Kriştiano Ronaldonun ona dəstək olduğunu deyib:

“Qızıl top” alandan sonra Kriştiano Ronaldo məni təbrik etdi. Onunla oynamaq inanılmaz və xüsusi olduğu üçün hələ də əlaqə saxlayırıq. Ronaldo çox tələbkar idi. O, matç zamanı hər kəsin bacardığının ən yaxşısını etməsini istəyirdi və bizə motivasiya verməyi çox sevirdi.

“Qızıl top”u Xorvatiya millisi ilə dünya kubokunu qazanmağa dəyişərdim. Fərdi mükafatlar möhtəşəmdir. Amma komandanın hədəfləri mənim üçün daha vacibdir. Bundan əhəmiyyətli bir şey yoxdur”.

Mənbə: qol.az