Haaland Premyer Liqaya gedə bilər

Haaland Premyer Liqaya gedə bilər

Dortmund "Borussiya”sının hücumçusu Erlinq Haaland tezliklə komandasını dəyişə bilər.

Sport7.az xəbər verir ki, gənc forvardın xidmətində "Mançester Yunayted” maraqlıdır.

Bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan Norveç millisinin üzvü üçün "mankunianlar” hərəkətə gəlib. Premyer Liqa təmsilçisi 20 yaşlı qolçu üçün almanlara 75 milyon avro təklif edib. Bundesliqa klubu bu təklifi hələlik cavablandırmayıb.

Haalandın "Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Mənbə: sport7.az