"Ayaks"ın futbolçusuna nəhəng təklif

"Ayaks"ın futbolçusuna nəhəng təklif

 

"Ayaks”ın yarımmüdafiəçisi Rayan Qravenberx Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Sport7.az xəbər verir ki, 18 yaşlı futbolçunu konkret olaraq "Yuventus” və "Barselona” heyətinə qatmaq niyyətindədir.

Adıçəkilən klublar Rayana gələcəkdə əsas heyətində yer açmağı planlaşdırır və bu üzdən onun uğrunda mübarizə aparır. Ucaboy yarımmüdafiəçi oyun üslubuna görə, "Mançester Yunayted”in fransalı orta sahə oyunçusu Pol Poqba ilə müqayisə edilir və "yeni Poqba” adlanır.

"Ayaks”ın yetirməsi olan Rayan Qravenberx 2018-ci ildən əsas komandada yer alır.

Mənbə: sport7.az