Premyer Liqada koronavirusa 2 yeni yoluxma

Premyer Liqada koronavirusa 2 yeni yoluxma

İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, 1609 nəfərdən test nümunələri götürülüb. Həmin şəxslərdən 2-sinin koronavirusa yoluxduğu məlum olub.

Onların artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, bununla da Premyer Liqada 31 avqustdan sonra koronavirusa yoluxanların sayı 44-ə yüksəlib.

Mənbə: qol.az