İsko Premyer Liqa nəhənginin maraq dairəsində

İsko Premyer Liqa nəhənginin maraq dairəsində

“Real”ın yarımmüdafiəçisi İsko “Mançester Siti”nin maraq dairəsinə düşüb. Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi onu mövsümün sonunda deyil, yanvarda heyətinə qatmağı planlaşdırır. Madridlilər İspaniya millisinin üzvünün keçidindən 40 milyon avro qazanc götürmək niyyətindədirlər. Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.

Mənbə: offsideplus.az