"Lion" Depayın əvəzinə "Barsa"nın forvardını istəyir

"Lion" Depayın əvəzinə "Barsa"nın forvardını istəyir

"Lion" Memfis Depayın qışda "Barselona"ya satılmasıyla bağlı irəli sürdüyü şərtləri dəyişmək istəyir.

Fanat.Az xəbər verir ki, bu iddia ilə "El Chiringuito TV" çıxış edib.

Mənbə Fransa klubunun niderlandlı oyunçunu "Barselona"ya havayı buraxmağa da razı olduğunu bildirib. Belə ki, Kataloniya klubu Depayın keçidi qarşılığında Antuan Qrizmannı qarşı tərəfə verməlidir. Hərçənd "Atletiko"da sərgilədiyi futbolu "Barsa"da göstərə bilməyən Qrizmannın "Lion"a getməyə razılaşıb-razılaşmayacağı bəlli deyil.

Qeyd edək ki, Depayın "Lion"la olan müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.

 

 

Mənbə: fanat.az