"Qarabağ"da zədəli futbolçuların son durumu

"Qarabağ"da zədəli futbolçuların son durumu

"Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadı".

Fanat.Az xəbər verir ki, bu sözləri "Vilyarreal"la Avropa Liqası oyunu üçün İstanbula yollanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi zədəli futbolçuların durumuna aydınlıq gətirib: "Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdi. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq”.

Mənbə: www.fanat.az