"Qarabağ"la matçda ilk görüşdəki qələbənin davamını gətirmək istəyirik"

"Qarabağ"la matçda ilk görüşdəki qələbənin davamını gətirmək istəyirik"

"Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdı".

Fanat.Az xəbər verir ki, bu sözləri İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Fransis Koklen klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, "Sivasspor"la ilk görüşdəki qələbənin davamını gətirmək istəyirlər: "3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.

Mənbə: fanat.az