"Vilyarreal"ın kapitanı "Qarabağ"la oyundan danışdı

"Vilyarreal"ın kapitanı "Qarabağ"la oyundan danışdı

"Mövqeyimizi qorumaq istəyirik"

Fanat.Az xəbər verir ki, bu sözləri İspaniyanın "Vilyarreal" klubunun kapitanı Mario Qaspar klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın ispan futbolçu bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: "Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.

Mənbə: fanat.az